AZE | RUS | ENG |

Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu

Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
Bu gün Hacıqabul sәnaye mәhәllәsindә Azәrbaycan vә İranın birgә avtobus və yük avtomobili istehsalı zavodunun tәmәli qoyulub. Trend-in mәlumatına görә, tәmәlqoyma mәrasiminә Azәrbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev vә İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmani qatılıb. Avtobus və yük avtomobili istehsalı zavodu "Azərmaş Sənaye” MMC tərəfindən inşa olunacaq. MMC-nin təsisçiləri "Azərmaş” (25 faiz) və "Qartal Az”dır (75 faiz). Layihənin dəyəri 10 milyon avro təşkil edir. İlk mərhələdə istehsal gücü ildə 500 avtobus və yük avtomobili təşkil edəcək, ikinci mərhələdə isə iki dəfə artırılacaq. Zavodda 200 nəfər işlə təmin ediləcək. Avtobusların təqribi qiyməti 135-200 min avro, yük avtomobillərinin isə 70-90 min avro olacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775