• çərşənbə axşamı, 23 aprel, 18:56
  • Baku Bakı 20°C

Hacıqabulda ağır qəza: 1 ölü, 6 yaralı

16.09.13 13:57 1494
Hacıqabulda ağır qəza: 1 ölü, 6 yaralı
Hacıqabul rayonu Padar qəsəbəsinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, altı nəfər yaralanıb.
Daxili İşlər Naziriliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 15-də saat 18:00 radələrində Hacıqabul rayonu Padar qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini İslam Bayramovun idarə etdiyi "Mercedes" markalı və Bakı şəhər sakini Elnur Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.
Nəticədə Elnur Əliyevin sərnişini, Bakı şəhər sakini Emin Kərəmov xəstəxanaya aparılarkən yolda ölüb. Xəsarət almış sürücü Əliyev özü və digər sərnişinləri - İmişli rayon sakini Səbuhi İsayev, Bakı şəhər sakinləri Nazilə Bayramova, Turan Bayramov, Kəklik Hüseynova, Ramazan Bayramov isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər