• cümə, 19 Aprel, 04:26
  • Baku Bakı 18°C

Hacinin oğluna unikal təklif

07.06.19 12:30 608
Hacinin oğluna unikal təklif
Rumıniyada futbolçu ilə klub arasında unikal müqavilə imzalana bilər.
Kaspi.az xəbər verir ki, müqavilə Rumıniya futbolunun əfsanəsi Georgi Hacinin oğlu Yanis Haciyə təklif edilib. Təklifi isə "Styau”nın sahibi Cici Bekali irəli sürüb.
Bekali Yanisin məxsus olduğu "Vitorul” klubuna 3,5 milyon avro verməyə hazırdır. Futbolçu ilə bağlanacaq müqavilədə isə qeyd olunub ki, 22 yaşlı Yanis bütün oyunlarda meydana çıxacaq və əvəzlənməyəcək.
Haci başa çatan mövsümdə klub turnirlərində 39 oyun keçirib. Yarımmüdafiəçi 14 qol vurub, 8 qol ötürməsi edib. O, "Vitorul”un kapitanıdır. Klubun sahibi və baş məşqçisi isə onun atası Georgi Hacidir.
banner

Oxşar Xəbərlər