• cümə, 19 Aprel, 16:23
  • Baku Bakı 25°C

Hacı Məmmədov özünə yenidən vəkil tutub

11.09.13 18:23 1322
Hacı Məmmədov özünə yenidən vəkil tutub
Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili, ömürlük məhbus Hacı Məmmədov özünə yenidən vəkil tutub.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında saxlanılan Hacı Məmmədovun hüquqlarını vəkil Aydın Nəzərli qoruyacaq. Artıq bununla bağlı müqavilə də imzalanıb.
Hüquq-mühafizə orqanlarından, həmçinin bildirilib ki, A.Nəzərli bir neçə gün əvvəl MTN-nin istintaq təcridxanasında müdafiə etdiyi şəxslə görüşüb. Lakin görüşün detalları barədə heç bir açıqlama verilməyib.
A.Nəzərli bundan sonra H.Məmmədovun hüquqlarını müdafiə edəcəyini APA-ya təsdiqləsə də, görüşün detalları barədə danışmaq istəməyib: “Mənə bu barədə danışmaq qadağan edilib”.
Qeyd edək ki, H.Məmmədov 2006-cı ildə ağır və xüsusilə ağır cinayət hadisələri törətməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib. H.Məmmədov məhkəmədə onu müdafiə edən vəkil Səməd Əliyev dünyasını dəyişdikdən sonra yeni vəkil tutmayıb.
Bir müddət əvvəl isə o, hamı ilə əlaqələrini kəsib, hətta yaxın qohumları ilə belə görüşməkdən imtina edib.
banner

Oxşar Xəbərlər