• çərşənbə axşamı, 19 mart, 06:03
  • Baku Bakı 8°C

Hacı Məmmədov ailəsi ilə görüşdən imtina edib

11.09.13 13:34 1680
Hacı Məmmədov ailəsi ilə görüşdən imtina edib
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və onun köməkçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tabeliyində olan istintaq təcridxanasında və müvəqqəti saxlanma yerində monitorinq keçiriblər.
Bu barədə APA-ya E. Behbudov məlumat verib.
E. Behbudov orada saxlanılan, qaçaqmalçılıqda təqsirləndirilən, Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevlə görüşdüyünü bildirib: “Akif Muradverdiyev ona qarşı sürülən ittihamla özünü təqsirkar bilmir. Bununla belə, Akif Muradverdiyev saxlanmadan və ona qarşı olan rəftardan heç bir şikayət etmədi”.
E. Behbudov, həmçinin MTN-in təcridxanasında təqsirləndirilən şəxslər, Seyran Nəcəfov və Silahlı Qüvvələrin hərbçisi Vüsal İsbarovla də görüşüb. Hüquq müdafiəçisi qeyd edib ki, S. Nəcəfov qaçaqmalçılıqda, V. İsbarov isə xidmət etdiyi hərbi hissədə silah-sursat gizlətməkdə təqsirli bilinirlər. Onlar saxlanma şəraitindən və özlərinə qarşı rəftardan heç bir şikayət etməyiblər.
E. Behbudov MTN-in təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun vəziyyəti ilə maraqlandığını bildirib: “Mənə verilən məlumata görə, Hacı Məmmədov özünü yaxşı hiss edir. Hacı Məmmədov ailə üzvləri ilə görüşməkdən, evdən hansısa azuqənin ona göndərilməsindən imtina edib. Hacı Məmmədov televizorla təmin edilib”.
banner

Oxşar Xəbərlər