• çərşənbə axşamı, 19 mart, 15:15
  • Baku Bakı 8°C

Hacı deputat müxalifətə Allahdan bəla istədi

13.09.13 12:03 1212
Hacı deputat müxalifətə Allahdan bəla istədi
APA-nın məlumatına görə, deputat Hacı Qalib Salahzadə Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında qeyd edib ki, bu gün Azərbaycanda baş verən yenilikləri, inkişafı aşkar formada dananlar var: “Bunu görməyənləri Allaha tapşırıram, onlar Allahın bəlasına gələcəklər. Anlaya bilmirəm, baş verənləri görməməkmi olar?! Danmaqmı olar?! Allah sizin bəlanızı versin!”.
Deputat deyib ki, bu gün dövlətin siyasəti nəticəsində təkcə Bakıda yox, bütün regionlarda sürətli yeniliklər, inkişaf baş verir: “Rayonlarla Bakının arasında fərq yoxdur. Hətta bunu danan müxalifətin özündə də inkişaf var. Məsələn, onlar əvvəllər 5 qəpiklik ianə aksiyası keçirirdilərsə, indi 10 manatlıq aksiya keçirirlər. Bu onların inkişafının göstəricisi deməkdir. Bunu belə danırlarsa, burunlarından gəlsin!”
banner

Oxşar Xəbərlər