AZE | RUS | ENG |

«Gözləyək görək bu adamların özləri nə deyirlər»

«Gözləyək görək bu adamların özləri nə deyirlər»
Əli Həsənov: «Yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı haqda yazılanlar mətbuatın mülahizələridir»

“Yeni yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqı haqda yazılanlar mətbuatın mülahizələridir. Gözləyək görək bu adamların özləri nə deyirlər. Biz bundan sonra məsələyə münasibət bildirəcəyik”. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Media forum” saytına belə deyib.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını pisləyən bəyanatına gəlincə, Əli Həsənov bildirib ki, dövlət komitəsi Rusiyada, o cümlədən digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun parçalanmasını istəmir: “Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın diaspor təşkilatlarının parçalanmasını, diaspor nümayəndələrinin ayrı-ayrı düşərgələrə çəkilməsini istəmir, diasporun vahid siyasətlə, bir mərkəzdən idarə olunmasını istəyir və bunun üçün çalışır. Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu baxımdan qiymətləndirib və belə bir bəyanat verib”.

“Azərbaycan hakimiyyətinin ittifaqda təmsil olunan şəxslərlə münasibətləri necədir” sualını Əli Həsənov belə cavablandırıb: “Hakimiyyətin ayrı-ayrı şəxslərə, eyni zamanda müxtəlif insanların hakimiyyətə münasibəti siyasətin predmeti ola bilməz. Hakimiyyətin normaları, idarəçilik prinsipləri var, xalq qarşısında məsuliyyət daşıyır, hesabat verir və bunlardan da çıxış edərək ölkənin idarəçiliyini həyata keçirir. Amma ayrı-ayrı şəxslərin hakimiyyətlə münasibəti üzərində dövlət siyasəti formalaşmır, qurulmur və həyata keçirilmir”.

Rusiya Azərbaycan Təşkilatları İttifaqını Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri Söyün Sadıxov, Natiq Ağamirov, Asif Məhərrəmov, yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları yaradıb.

Mətbuatda bu qurumun Azərbaycan hakimiyyətinə müxalif mövqedə dayanacağı iddia olunub. Rusiyada yaşayan azərbaycanlıları birləşdirən Ümumrusiya Azərbaycanlıları Konqresi ittifaqın yaradılmasını pisləyib. Diasporla İş üzrə Dövlət Komitəsi isə belə bir təşkilata ehtiyac olmadığını bəyan edib.

Bunun ardınca Rusiya Azərbaycan Təşkilatları İttifaqı bəyan edib ki, ittifaq siyasətlə məşğul olmayacaq və özünü Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ təşkilat saymır: “Qurum Rusiyada yaşayan azərbaycanlıların sosial, humanitar məsələlərinin həlli üçün koordinasiya işlərini həyata keçirəcək. Rusiya Azərbaycan Təşkilatları İttifaqı üzvləri Azərbaycan prezidenti İlham Əliyevə sadiq insanlardır və bu xətt heç vaxt dəyişməyəcək”.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299