• cümə, 26 Aprel, 09:51
  • Baku Bakı 12°C

Gözlənilən hava şəraiti ilə bağlı Xəbərdarlıq

15.07.15 13:12 1232
Gözlənilən hava şəraiti ilə bağlı Xəbərdarlıq
Hava qeyri-sabit keçəcək, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, şimşək çaxacaq, fasilələrlə yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq
Bakı. Fərid Mirzəyev - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.
banner

Oxşar Xəbərlər