• cümə axşamı, 28 mart, 19:31
  • Baku Bakı 13°C

Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib

29.06.20 14:45 453
Gözətçi gəminin ekipajı döyüş atışlı məşqlər keçirib
2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.
Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.
banner

Oxşar Xəbərlər