• şənbə, 20 Aprel, 04:31
  • Baku Bakı 15°C

Gözəllik yarışmasının yerli seçim turuna sənəd qəbulu başa çatıb

20.05.14 14:43 1474
Gözəllik yarışmasının yerli seçim turuna sənəd qəbulu başa çatıb
İyunun 21-də Bakıda - əsrarəngiz “Crystal Hall”da baş tutacaq “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna sənəd qəbulu yekunlaşıb. Layihənin rəhbəri Nigar Məmmədova mətbuata açıqlamasında “Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasında Azərbaycanı təmsil edəcək qızı müəyyənləşdirməyin çətin olacağını, lakin nüfuzlu münsiflərə inandığını, onların sayəsində bunun mümkün olacağını bildirib:
“Miss Globe İnternational” Beynəlxalq Gözəllik Yarışmasının yerli seçimlərindəki münsif heyətini açıqlamaq istəmirik. Seçimlərdə itirak edən gözəllər də qonaqlarımız da münsifləri seçim günü, yəni mayın 25-i görəcəklər. Məqsədimiz Beynəlxalq yarışmanın bütün qaydalarına əməl etmək və Azərbaycanda həmişə inamsızlıqla yanaşılan gözəllik yarışmalarına inamı, marağı artırmaqdır. Düşünürəm ki, buna nail olacağıq”.
Xatırladaq ki, dünyanın ən böyük gözəllik yarışması – Miss Globe İnternational müsabiqəsinin final mərhələsinin Bakıda keçirilməsi ”Merac” production-nın təqdimatı və “Signs art Adventure” şirkətinin təşkilatçılığı ilə reallaşacaq. Dünyanın diqqətini Azərbaycana yönəltmiş “Xəzər Adaları” (Khazar İslands) isə layihənin baş sponsorudur. Layihə ilə bağlı ətraflı məlumat üçün (012) 480-44-81 nömrəsinə zəng vurmaq olar.

banner

Oxşar Xəbərlər