AZE | RUS | ENG |

Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə başlayıb

Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə başlayıb
Bu gün Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
APA-nın məlumatına görə, prosesdə vəkilin verdiyi vəsatətlər təmin edilməyib.
 
Prosesin baxış iclası dekabrın 13-nə təyin edilib.
 
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
 
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
 
G. Bayramlı ittihamları qəbul etmir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9369
GEL 1 1 Gürcüstan larisi 0.6383
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2074
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7107
KWD 1 1 Küveyt dinarı 5.6057
TRY 1 1 Türkiyə lirəsi 0.3176