AZE | RUS | ENG |

Göz dağına çevrilən lift

Göz dağına çevrilən lift
Paytaxtdakı füsunkar görünüşə malik körpülərin birində quraşdırılan lift uzun müddətdir ki, işləmir


Paytaxt Bakının sosial-iqtisadi inkişafı üçün son beş ildə böyük miqyasda işlər görülüb. Yeni konstruktiv tikililər, yaşayış və iaşə obyektləri tikilib. Bunlara yeni çəkilmiş yolları və yol ötürücülərini göstərmək olar. Onu da danmamalıyıq ki, bir-birindən gözəl və qeyri-adi tikililər şəhərimizin görkəminə müsbət təsir edir. Bu kimi tikililərə çoxlu misal çəkmək olar. Məsələn, elə paytaxtın ən böyük magistral yolunun üzərində yerləşən Binə asma körpüsünü qeyd edək.
Bu yolötürücü öz görünüşü ilə insanları hələ çox uzaqdan cəlb edir. Körpünün özünəməxsus qəddi var. Yəni 2010-cu ildə istifadəyə verilən bu körpü xüsusi konstruksiyası ilə asma körpü təsiri bağışlayır. Ətrafının müxtəlif rəngli işıqlarla bəzədilməsi isə axşam saatlarında onu daha füsunkar göstərir. Di gəl ki, bir əmması olmaya!
Sözügedən yol ötürücüsü təkcə görkəmi ilə ilklərdən deyil, oraya həm də vətəndaşların rahat qalxıb-düşməsi üçün lift quraşdırılıb. Belə deyək, bu körpü həm nəqliyyat, həm də piyadalar üçün keçid rolunu oynayır. Lift də tam müasir standartlarla öz yerini alıb. Amma iki ildən bir az da artıqdır ki, bu liftin işlədiyini “gördüm” deyən olmayıb. Heç biz də görmədik, nə yalan deyək.
Bu günlərdə yolumuz həmin keçiddən düşdü. Ordaykən liftin vəziyyəti ilə də maraqlandıq. Şüşə konstruksiyalı lift kənardan gözəl görünsə də, yaxınlaşanda hər tərəfinin toz basdığını və ətrafına döşənən daş piltələrin sıradan çıxdığını görürsən. Bunlar azmış kimi, liftin arxa tərəfindən iki böyük lövhəli şüşə sınıb. Hərdən körpünün ətrafında polis nəfərləri olsa da, görünür dələdüzlar onların yoxluğundan yararlanıb və liftin heyfini şüşələrindən çıxmaq istəyiblər.
Bunlar öz yerində, bəs vətəndaşlar nə deyir bu işə? Körpüdən istifadə edən bir neçə sakinin fikirlərini öyrəndik. Məlum oldu ki, lift ümumiyyətlə işləmir. Yerli sakinlərdən birinin dediyinə görə, lift ilk vaxtlar, körpü istifadəyə veriləndə və bəzi hallarda işləyib. Sonradan isə ümumiyyətlə işləməyib.
Vətəndaşların fikirləri təxminən eynilik təşkil etdi. Belə nəticəyə gəldik ki, artıq qoca da, cavan da orada lift olduğunu unudub. Yəni əlində yük olan da, olmayan da pilləkəndən istifadə edir. Pillələr hündür olduğundan qocalar onu müəyyən fasilələrlə çıxmalı olurlar. Qeyd olunan ünvanda çəkdiyimiz şəkilləri diqqətinizə çatdırırıq və ümid edirik ki, və əlaqədar təşkilatların bundan nəticə çıxaracağına ümid edirik.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000