• şənbə, 27 Aprel, 06:01
  • Baku Bakı 12°C

Göygöldə avtoxulqanlıq edən sürücüyə 15 sutka həbs cəzası verilib

29.08.16 18:58 1139
Göygöldə avtoxulqanlıq edən sürücüyə 15 sutka həbs cəzası verilib
Göygöldə keçirilən reyd zamanı polisin əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən sürücü həbs edilib.

Rayon Polis ŞöbəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin və rayon Yol Polisi bölməsi əməkdaşlarının keçirdikləri reyd zamanı əmrə tabe olmayaraq idarə etdiyi "VAZ 2107” markalı avtomobillə ərazidən uzaqlaşmağa çalışan Göygöl rayon sakini, 1978-ci il təvəllüdlü Ramin Qurbanov saxlanılıb.

Rayon məhkəməsinin qərarı ilə polisə tabe olmadığı və avtomobillərin hərəkətinə təhlükə yaratdığı üçün R. Qurbanova 15 sutka inzibati həbs cəzası verilib.
banner

Oxşar Xəbərlər