AZE | RUS | ENG |

Göygöl Milli Parkı və ona bitişik ərazilərdə ekoturizmin inkişafı yüksək gəlir mənbəyidir

Göygöl Milli Parkı və ona bitişik ərazilərdə ekoturizmin inkişafı yüksək gəlir mənbəyidir
Kiçik Qafqaz dağlarının bir hissəsini əhatə edən və respublikamızın Qərb bölgəsində yerləşən Göygöl Milli Parkı və ona bitişik ərazilərdə ekoturizmin inkişafı üçün çox böyük imkan var.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Göygöl Milli Parkının elmi işlər və ekoturizm şöbəsinin elmi işçisi Fuad Quliyev məlumat verib. O bildirib ki, mütəxəssislər tərəfindən Göygöl Milli Parkında ekoturizmin imkanları araşdırılıb və 8 istiqamətdə ekotur marşrutu (trayektoriyası) təyin edilib. Həmin marşrutların uzunluğu, riskliliyi (asan, orta, çətin), onlara sərf olunacaq vaxt, nəqliyyat və s. dəqiqləşdirilib. Eyni zamanda, marşrutlar boyu istiqamətverici və məlumatlandırıcı lövhələr vurulub. Hər marşrut üçün ayrıca piknik nöqtəsi təyin olunub.

Bütün bunların gələcəkdə turistlərin rahat və təhlükəsiz yolla ekoturlardan yararlanması üçün diqqətdə olduğunu deyən F.Quliyev turizmin bu növünün böyük gəlir mənbəyi olduğunu da vurğulayıb.

"Əgər gələcəkdə Göygöl Milli Parkına müəyyənləşdirilmiş istiqamətlər üzrə ekotur təşkil edilərsə, heç bir turistin əraziyə bələdçisiz buraxılması mümkün olmayacaq. Çünki qanunvericilikdə altı nəfər turistə bir nəfər bələdçinin təyin olunması və qrupu müşayiət etməsi təsbit edilib. Ekotur vaxtı bələdçi xidməti, nəqliyyat xidməti, eləcə də yüksək dağlıq ərazilərə biletlərin fərqli qiymətdə olması da qanunvericiliklə tənzimlənib” – deyə F.Quliyev qeyd edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN