• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Göyçaylı fermer təsərrüfatında əsasən ixracyönümlü məhsul yetişdirməyə üstünlük verir

07.08.17 09:15 1153
Göyçaylı fermer təsərrüfatında əsasən ixracyönümlü məhsul yetişdirməyə üstünlük verir
Qax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin dərin məzmunlu nitqini diqqətlə dinlədim. Fındıq, barama, tütünlə yanaşı, digər ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verilən tapşırıqlar, həmçinin bu sahəyə dövlət dəstəyi hər bir fermer kimi, məni də səylə çalışmağa həvəsləndirir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Göyçayın Qarabaqqal kənd sakini, fermer Comərd Ömərov bildirib.
Bağçılıq və əkinçiliklə məşğul olan C.Ömərov deyib: "Ailəmi dolandırmaq üçün mülkiyyətimdə olan pay torpağında, eləcə də icarəyə götürdüyüm torpaq sahəsində meyvə bağı salmışam, taxıl və sarımsaq yetişdirirəm. Taxıla görə dövlət tərəfindən subsidiya alıram. Ümumilikdə 4 hektar nar, 3 hektar xurma bağım var. Həmçinin bu il 5 hektar taxıl, 2 hektar sarımsaq əkmişəm, qazancım da pis deyil. Gələn il pomidor və xiyar istixanaları inşa etməyi nəzərdə tuturam”.
Göyçaylı fermer ixracyönümlü məhsul kimi nar və xurma bağlarının ərazisini genişləndirməyi, sarımsaq əkini sahəsini artırmağı qarşıya məqsəd qoyduğunu bildirib.
"Təsərrüfatımda əsasən ixracyönümlü məhsullara üstünlük verirəm. Yetişdirdiyim nar, xurma və sarımsağı Rusiyaya ixrac edirəm. Rusiya bazarına çıxarmaq üçün, pomidor və xiyar əkməyi də planlaşdırıram”.
banner

Oxşar Xəbərlər