• çərşənbə, 24 Aprel, 10:08
  • Baku Bakı 13°C

Göyçayda toy mərasimində zəhərlənən şəxslərin adları məlum olub

23.08.16 22:25 919
Göyçayda toy mərasimində zəhərlənən şəxslərin adları məlum olub
Bu gün axşam saatlarında Göyçay rayonunun Yekəxana kəndində təşkil edilən toy mərasimində qidadan zəhərlənən şəxslərdən 22 nəfəri Qaraməryəm kənd xəstəxanasına, 9 nəfər isə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

XəstəxanadanAPA-ya verilən məlumata görə, Yekəxana kənd sakinləri olan 25 nəfər-Elvin Şəmiyev, Qoşqar Quliyev, Nemət Şəmiyev, Rahilə Şəmiyeva, Gülnaz Təvəkkülova, Ruslan Hüseynov, Samirə Hüseynova, Yeganə Hüseynova, Hüseyn Hüseynov, Qoşqar Rəşidov, Qənirə Əzizova, Rəna İbadova, Şahin Ağamalıyev, Saday Şəmiyev, Təranə Hüseynova, Cəfər Hüseynov, Mürşüd Hüseynov, Kifayət Əmirova, Ədil Kərəmov, Sərvər Kərimov, Rza Talıbov, İlham Tapdıqov, Akif Hüseynov, Elnur Məmmədov, Xədicə Hüseynova toy mərasimində meyvə şirəsi içdikdən sonra qəflətən yaranan qızdırma, ürək bulanma və işləmə-qusma əlamətləri ilə təcili olaraq xəstəxanaya çatdırılıblar.

Hazırda onların müalicəsi davam etdirilir. Zərərçəkənlərdən 6 nəfər isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları toy mərasiminin keçirildiyiyerdədirlər. Kütləvi zəhərlənməyə səbəb olan meyvə şirələrindən yoxlamaüçün nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər