• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

Göyçayda qəza: 2 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb

01.07.13 13:50 1480
Göyçayda qəza: 2 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb
Bakı-Şamaxı-Yevlax yolunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində magistral yolun 228-ci kilometrliyində, Göyçayın Mirzəhüseynli kəndində qeydə alınıb. Göyçayın Mırtı kənd sakini, 1992-ci il təvəllüdlü Qədirov Rakif Qalib oğlunun idarə etdiyi 99-EX-611 dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü Rakif Qədirov və sərnişini, 1992-ci il təvəllüdlü Bəhram Əhmədov dünyasını dəyişib, 1991-ci il təvəllüdlü Elman Əliyev isə ağır dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, Rakif Qədirov tələbə olub, ali məktəbi yenicə bitirən Bəhram Əhmədov sabah hərbi xidmətə yola düşəcəkmiş. Xəsarət alan Elman Əliyev isə bir həftə öncə ailə həyatı qurub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər