• çərşənbə axşamı, 23 aprel, 21:43
  • Baku Bakı 20°C

Göyçayda qanvermə aksiyasında 115 nəfər könüllü iştirak edib

15.08.17 21:01 812
Göyçayda qanvermə aksiyasında 115 nəfər könüllü iştirak edib

"Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Göyçay rayonunda növbəti dəfə qanvermə aksiyası təşkil olunub.
APA-nın yerli bürosunun xəbərinə görə müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında "Qan ver, həyatı xilas et” şüarı ilə keçirilən humanitar aksiyada rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Aksiya çərçivəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları ilk öncə qan vermək üçün müraciət edən vətəndaşları müayinə ediblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 115 nəfər vətəndaşdan qan götürülüb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.

banner

Oxşar Xəbərlər