• cümə, 26 Aprel, 12:44
  • Baku Bakı 23°C

Göyçayda meşə massivi yanır

23.07.18 21:56 593
Göyçayda meşə massivi yanır
Göyçayda "Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi istiqamətində müvafiqtədbirlər davam etdirilir.
banner

Oxşar Xəbərlər