• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Göyçayda “Bütün səmavi dinlər sülhə səsləyir” mövzusunda tədbir keçirilib

14.09.17 16:40 1113
Göyçayda “Bütün səmavi dinlər sülhə səsləyir” mövzusunda tədbir keçirilib
Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhər "Heydər Əliyev” mərkəzində "Sülh Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri ZivərZeynalova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, QMİ-nin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini ZivərZeynalova bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə bu siyasəti Prezident cənab İlham Əliyev uğurla davam etdirərək həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına layiqli xidmət edir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dininin sülh və barış dini olmasından, insanların haqq və azadlıqlarına hörmətlə yanaşmağı tövsiyyə etməsindən və gərəksiz düşmənçilik, işğalçılıq siyasətlərinə qarşı olmasından söz açıb.
Çıxış edən digər natiqlər də hər zaman sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün həyata keçirilən bu cür maarfləndirmə xarakterli tədbirlərin hər birinin İslam dininin əsl mahiyyətinin insanlar tərəfindən daha doğru anlaşılmasına və vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə səbəb olduğunu qeyd ediblər.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
banner

Oxşar Xəbərlər