• şənbə, 20 Aprel, 09:02
  • Baku Bakı 14°C

Gövhər Həsənzadənin mahnısını oğurladılar

12.07.13 16:17 1506
Gövhər Həsənzadənin mahnısını oğurladılar
Gənc müğənni mahnını rus dilində, “Polovinki” adı altında oxuyub. Hazırda Samiranın repertuarını bəzəyən bu mahnını müğənni ötən il öz ilk solo konsertində səsləndirib.
Bu haqda SİA-ya danışan bəstəkar fikirlərini bildirib: “Artıq birinci dəfə deyil. Bundan öncə də tacik müğənnisi mənim “Bir gecəlik” mahnımı anonim kimi oxumuşdu. Çox təssüf edirəm ki, əksər hallarda ifa olunan mahnıların çoxu anonim kimi təqdim olunur. Bu təkcə mənim deyil, bir çox bəstəkarların ağrılı yeri, müəllif hüququnun kobud şəkildə pozulmasıdır.
Təbii ki, hər bəstəkar istər ki, onun mahnısı vətənindən uzaqlarda da səslənsin. Ancaq müəllif hüquqları pozulmadan istənilən ölkənin müğənnisi mahnımı oxuya bilər. Yəqin ki, artıq bu məsələ ilə ciddi məşğul olmağın zamanı çatıb”.
banner

Oxşar Xəbərlər