AZE | RUS | ENG |

“Güzəştli mənzil” sistemində daha bir kateqoriya üzrə müraciətlərin qəbuluna başlanıb

“Güzəştli mənzil” sistemində daha bir kateqoriya üzrə müraciətlərin qəbuluna başlanıb
"Güzəştli mənzil” sistemində "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası üzrə müraciətlərin qəbulu başlayır.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, prezident İlham Əliyevin ötən ilin iyulun 21-də imzaladığı fərman ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər” kateqoriyası əlavə edilib.
 
"Ölkə başçısının bu fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən "Güzəştli mənzil” sistemində zəruri dəyişikliklər aparılıb, ən azı 3 il elmi vəzifədə çalışan elmi işçilər tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilib, habelə aidiyyəti elmi müəssisələrin siyahısının dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilib. Nazirlər Kabineti tərəfindən "Elm haqqında” Azərbaycan Respublikasının 14.06.2016-cı il tarixli qanununda nəzərdə tutulan tələblərə uyğun gələn elmi müəssisə və təşkilatların siyahısı müəyyən edilib. Bu siyahıda göstərilən müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana bilər", - deyə məlumatda vurğulanıb.
 
Həmin şəxslər tərəfindən təqdim olunmalı sənədlərin və aidiyyəti elmi müəssisələrin siyahıları ilə www.mida.gov.az və www.mida.az internet-saytlarının ana səhifəsində "Tələb olunan sənədlər” bölməsində tanış olmaq mümkündür.
 
Nazirlər Kabineti tərəfindən təqdim edilmiş siyahıya daxil olan elmi müəssisə və təşkilatlarda ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil” sistemi vasitəsilə bu gündən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək müraciət edə bilərlər.
 
Eyni zamanda, "Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində və Sumqayıt "ASAN xidmət” mərkəzində müvafiq xidmətin göstərilməsi də davam etdiriləcək.
 
 "Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olacaq elmi işçilər daha öncə elektron kabinetə sahib olmuş digər şəxslərlə bərabər hüquqlara malik olacaqlar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000