• cümə, 19 Aprel, 08:59
  • Baku Bakı 13°C

Gürcütana 4 milyondan çox turistin gələcəyi gözlənilir

05.05.18 09:20 872
Gürcütana 4 milyondan çox turistin gələcəyi gözlənilir
Bu il Gürcüstana 4,2 milyon turistin gələcəyi gözlənilir. Turizmdən əldə olunacaq gəlirlərin 3 milyard dollardan çox olacağı proqnozlaşdırlır.
AZƏRTACxəbər verir ki, bu barədə turizm sektorunda məşhur olan "Galt & Taggart” investisiya kompaniyasının hesabatında məlumat verilir.
Kompaniyanın nümayəndəsi Yeva Boçoriaşvili bildirib ki, 2022-ci ildə 7,6 milyon turistin gələcəyi proqnozlaşdırılır. Bu da ölkə əhalisinin sayından iki dəfə çoxdur.
Nümayəndə deyib ki, son 5 ildə Gürcüstana gələn turistlərin sayı və turizmdən əldə olunan gəlirlərin məbləği 2 dəfədən çox artıb. Hesab edirik ki, irəlidəki 5 ildə də Gürcüstan səfər edəcək insanların sayı xeyli artacaq və təqribən 7,6 milyon nəfərə çatacaq.
O deyib ki, bununla belə Gürcüstanda turizm sektorunda infrastruktur və ixtisaslaşmış kadr çatışmazlığı var və bu problem həll olunmalıdır.
Kompaniyanın hesabatında, həmçinin bildirilir ki, 2017-ci ildə Gürcüstana 3,5 milyon turist səfər edib və ölkə turizmdən 2,8 milyard gəlir əldə edib.
Gürcüstan Milli Turizm Administrasiyasının sədri Qeorqi Çoqovadze isə bildirib ki, ümumiyyətlə 2018-ci ildə Gürcüstana 8 milyon nəfərin səfər edəcəyi gözlənilir. Onların da yalnız 4,2 milyon nəfərinin 24 saatdan artıq Gürcüstan ərazisində qalacağı ehtimal olunur.
"Galt & Taggart” investisiya kompaniyasının hesabatında da məhz bu rəqəm nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər