AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır

Gürcüstanlı nazir: Azərbaycan bizim etibarlı tərəfdaşımızdır

Təfsilat
28 Fevral 2020, 15:30 442
Sıx Gürcüstan-Azərbaycan münasibətləri birgə terminal layihələrinin inkişafına xidmət edir.
Trend-in məlumatına görə, bunu Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündən sonra deyib.
N.Turnava bildirib ki, iki ölkə və nazirlik arasında sıx işgüzar və dostluq münasibətləri qurulur və bu da birgə layihələrin inkişafına kömək edir:
"Bildiyiniz kimi, biz Gürcüstanın infrastrukturuna, xüsusilə də liman və dəmiryol infrastrukturuna mühüm vəsaitlər yatırır. Bu infrastruktur Cənub Qaz Dəhlizi tərəfindən tam istifadə olunacağı təqdirdə maksimum gücü ilə işləyəcək”.
Nazirin sözlərinə görə, görüş zamanı tərəflər, həmçinin Qara dənizdə Azərbaycanın dövlət və ya özəl strukturlarının iştirak edə biləcəyi layihələr müzakirə olunub:
"Biz Gürcüstanı Aİ-nin enerji bazarı ilə birləşdirəcək Qara dənizin dibi ilə yüksəkvoltlu xəttin çəkilməsini nəzərdə tutan yeni təşəbbüsü müzakirə etdik. Layihədə bütün region, xüsusilə də Azərbaycan iştirak edərsə, mühüm kommersiya əhəmiyyəti kəsb edəcək. Azərbaycan bu gün bizim etibarlı tərəfdaşımızdır. Çünki, Gürcüstanın enerji bazarı kəsirdə olduğu zamanlarda bizə tədarük prosesində iştirak edib”.