• cümə axşamı, 25 aprel, 05:31
  • Baku Bakı 19°C

Gurcustanın yeni prezidenti danışdı

28.10.13 08:48 1372
Gurcustanın yeni prezidenti danışdı
"Exit-poll"un nəticəsinə əsasən prezident seçkilərində əminliklə liderlik edən prezidentliyə namizəd Giorgi Marqvelaşvili öz tərəfdarlarına və Baş nazir Bidzina İvanişviliyə təşəkkür edib.
Trend-in məlumatına görə, G.Marqvelaşvili deyib: "Bizi vətənə sevginin birləşdirdiyini göstərən siyasi komandaya dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim üçün çox vacib, ciddi və nüfuzlu şəxs olan Bidzina İvanişviliyə minnətdaram. Onun sayəsində ötənilki və builki qələbə qazanıldı. Biz dünyaya göstərdik ki, azad xalq öz hökumətini özü seçir".
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, G.Marqvelaşvili seçkilərdə səslərin 63,82 faizini toplayıb.
banner

Oxşar Xəbərlər