• cümə axşamı, 18 aprel, 11:28
  • Baku Bakı 12°C

Gürcüstanın xarici siyasət kursu dəyişməyəcək

29.11.16 12:01 839
Gürcüstanın xarici siyasət kursu dəyişməyəcək
"Gürcü arzusu” koalisiyası parlament seçkilərində əldə etdiyi qalibiyyətdən sonra Nazirlər Kabinetinin yenidən formalaşdırılması prosesini başa çatdırıb.Baş nazir Georgi Kvirikaşviliyenihökumətin fəaliyyətə başlaması ilə bağlısərəncam imzalayıb. İnformasiyaya görə, yenilənən hökumətdünəndənvəzifəsinin icrasına başlayıb. Noyabrın 26-da ölkə parlamentinin 150 deputatından 110-u yeni hökumətin lehinə səs verib, 19 deputat isə əleyhinə olub.

Gürcüstanın sabiq prezidentiMixail Saakaşvilinin müxalifətdə olan "Vahid Milli Hərəkat” Partiyası Nazirlər Kabinetinin yeni üzvlərinidəstəkləməyib. M.Saakaşvili tərəfdarı olan deputatlarsəsvermə başlayanda parlamentin iclas zalını tərk ediblər. "Vahid Milli Hərəkat”la yanaşı, "Gürcüstan Vətənpərvərlər Alyans”ı da hökumətin tərkibindən narazıdır. "Biz bu komandaya dəstək vermirik”, - deyə qurumu təmsil edən vitse-spiker İrma İnaşvili vurğulayıb.
Prioritet NATO və Aİ-dir
Hazırda gürcü cəmiyyətində ən əsas məsələ və müzakirə olunan mövzu yeni hökumətin prioritetləridir. Prioritetlər nədən ibarət olacaq? Baş nazir Georgi Kvirikaşvilibəyan edib ki, hökumətin başlıca prioritetlərindən biri ölkənin NATO və Avropa İttifaqına inteqrasiyası olacaq. O, bəyan edib ki, ölkənin xarici siyasət kursu dəyişməyəcək. "Gürcüstan son illər Avropa İttifaqı və NATO-ya inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atıb. Biz bu prosesi davam etdirəcəyik. Çünki bu xətt bizim hökumətin əsas və başlıca prioritetlərindən biridir”, - deyə baş nazir Kutaisidə parlamentin plenar iclasında bildirib.

Gürcüstan 1990-cı illərin sonundan NATO ilə Şimali Atlantika Alyansının proqramları çərçivəsində əməkdaşlıq edir. "Gürcü arzusu”nun 2012-ci ildə parlament seçkilərində qələbəsindən sonra hakimiyyətə gələn yeni hökumət bəyan edib ki, NATO-ya inteqrasiyanı davam etdirəcək. Ötən ilin sentyabrında NATO-nun baş katibi Yens Stolnberq Tbilisidə bəyan edib ki, Gürcüstan Alyansın üzvü olacaq. Lakin dəqiq tarix söyləməyin çətin olduğunu vurğulayıb. Ölkədə fəaliyyət göstərən partiya və nüfuzlu siyasilərin çoxu ölkənin hərbi-siyasi bloklara qoşulmamaq siyasətinin tərəfdarıdırlar. Məsələn, parlamentin sabiq rəhbəri, "Demokratik hərəkat - Vahid Gürcüstan”ın rəhbəri Nino Burcanadze Gürcüstanın blokdan kənar statuslu dövlət elan edilməsinin təklif edir. Onun sözlərinə görə, bu, ölkənin inkişafı və sülh yolu ilə birləşməsinin təminatı ola bilər.

Yeri gəlmişkən, yeni hökumətin prioritetlərindən biri Birləşmiş Ştatlarla strateji tərəfdaşlığı genişləndirmək olacaq. "Biz ABŞ-la strateji tərəfdaşlığı tam şəkildə gücləndirmək niyyətindəyik - demokratik institutları inkişaf elətdirmək, iki ölkənin ticarət-iqtisadiyyat və insani münasibətlərini genişləndirmək niyyətindəyik”, - deyə baş nazir vurğulayıb. G.Kvirikaşvili prioritetlər sırasında Avropa İttifaqı ilə azad ticarəti də göstərib. Bu məqsədlə bazar iqtisadiyyatının institusional dəyişiklikləri həyata keçiriləcək. Prioritetlər sırasında ölkənin müdafiə qabiliyyətinin artırılması, beynəlxalq və iqtisadi münasibətlərin inkişafı, demokratik institutların inkişafı da var.
Strateji ölkələr - Azərbaycan və Türkiyə
Regional münasibətlərdən söz düşmüşkən, baş nazir Azərbaycan və Türkiyə ilə münasibətləri strateji adlandırıb. Ermənistanı ilə münasibətləri isə sadəcə mehriban qonşuluq və aktiv ticarət-iqtisadi münasibətlərə malik qonşu dövlət adlandırıb. Baş nazir bununla yanaşı, Rusiya ilə münasibətlərin normallaşmasını əhəmiyyətli məsələlərdən biri adlandırıb.

Lakin əlavə edilib ki, bu, ölkənin beynəlxalq qanunlarla təsdiqlənmiş sərhədlərinin tanınması ilə mümkündür: "Gürcüstanın problemlərinin həlli üçün Rusiya ilə tammiqyaslı münasibətlər gərəkdir. Və biz Rusiya istiqamətində gərginliyin azaldılması siyasətini davam etdirəcəyik. Ərazi bütövlüyü və suverenlik məsələsində hər hansı bir kompromisdən isə söz gedə bilməz. Lakin bizim məramımız addımbaaddım ticarət münasibətlərinin inkişaf etdirilməsi və problemlərin uzunmüddətli həlli üçün şərait yaratmadır”.

Hökumətin əsas prioritetlərindən biri barışıq siyasəti - gürcü və abxazlar, eləcə də gürcü və osetin xalqları arasında qarşılıqlı etimadın yaranmasıdır.
İdarəetmədə islahatlar aparılacaq
Baş nazir onu da bəyan edib ki, dörd ildə Gürcüstanda vergi, pensiya, hüquq-mühafizə orqanları sahəsində islahatlar aparılacaq. Təqdim etdiyi "Azadlıq, sürətli inkişaf və əhval-ruhiyyə” proqramı "Gürcü arzusu”nun seçkiqabağı verdiyi vədlərdən ibarətdir. Baş nazir bildirib ki, proqramın prioritet məqsədlərindən biri tək ali deyil, orta və orta ixtisas təhsilinin səviyyəsinin qaldırılması olacaq. G.Kvirikaşvili hesab edir ki, təhsil islahatları bütün istiqamətlər üzrə aparılacaq. Onun qənaətincə, ölkənin bütün problemləri təhsil sahəsindəki çatışmazlıqlarla bağlıdır. Bundan əlavə, 2016-2020-ci illər hökumət proqramına görə, vergi, pensiya, hüquq-mühafizə, idarəetmə sahəsində islahatlar aparılacaq. Baş nazir bildirib ki, hökumətin proqramı ambisioz və realdır.
Müxalifət hökumətə inanmır
Lakin müxalifət fərqli düşünür. "Vahid Milli Hərəkat” Partiyasından olan deputat Georgi Bokeriya hesab edir ki, hökumət ölkə qarşısında duran məsələlərin həllinə hazır deyil. "Bundan əlavə, məhz Kvirikaşvilinin rəhbərlik etdiyi hökumət Gürcüstanı bürüyən ağır böhranın səbəbkarıdır”, - deyə deputat vurğulayıb. Spiker isə onunla razı deyil. Parlamentin sədri İrakli Kobaxidze qeyd edib ki, çox dəyərli bir komandaya və liderə etimad göstərilib: "Bu komandanın ambisioz planları var və bütün bunlar hökumət proqramında əks olunub. Bu proqram bizim seçkiqabağı proqrama əsaslanır - burada dövlət inkişafının bütün yolları əks olunub”.

Politoloqlar hesab edir ki, Gürcüstan hökumətinə faktiki olaraq Kvirikaşvili deyil, oliqarx Bidzina İvanişvili rəhbərlik edir və edəcək. Politoloq Qiya Xuxaşvili hesab edir ki, nazirlərin Gürcüstanın faktiki lideri ilə əlaqələri olmalıdır. O, fikirləşir ki, yeni hökumətə problemlərin öhdəsindən gəlmək üçün vaxt vermək lazımdır. Onun qənaətincə, hökumətin fəaliyyətinə qiymət vermək üçün 100 gün gərəkdir: "Bu gün Gürcüstanda sosial və iqtisadiyyat sahəsində problemlər var”. Başqa bir ekspert Tornike Şaraşenidze hesab edir ki, hökumətin tərkibində Georgi Qaxariyanın olması o deməkdir ki, İvanişvili ilə birbaşa əlaqə yaranacaq: "Bu çox əhəmiyyətlidir. Əgər nazir effektiv olmaq istəyirsə, Gürcüstanın faktiki sahibi ilə əlaqəyə malik olmalıdır”.
Azər

banner

Oxşar Xəbərlər