• cümə axşamı, 25 aprel, 05:39
  • Baku Bakı 19°C

Gürcüstanın Rusiyaya qarşı şikayəti təmin edildi

21.01.21 18:45 440
Gürcüstanın Rusiyaya qarşı şikayəti təmin edildi
Strasburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) "Gürcüstan Rusiyaya qarşı” dövlətlərarası işi üzrə yekun qərar qəbul edib.
Kaspi.az xəbər verir ki, məhkəmə Gürcüstanın mövqeyini təmin edərək Avropa İnsan Haqları Konvensiyasının 6 maddəsinin pozulmasına, habelə 2008-ci il Avqust müharibəsindən sonra yaşamaq hüququnun pozulmasına dair qaldırılan iddialarla bağlı səmərəli istintaq aparılmamasına və prosedural baxımdan 2-ci maddənin tələblərinin pozulmasına görə Rusiyanı məsul tərəf kimi tanıyıb.
Bununla belə, məhkəmənin Böyük Palatası 8-12 avqust tarixlərində müharibənin aktiv fazası zamanı baş verən hadisələrin Rusiyanın yurisdiksiyasında olmadığını əsas gətirərək Gürcüstan tərəfinin müvafiq iddiasını təmin etməyib. (APA)
Qeyd edək ki, Gürcüstan 2008-ci il avqustun 11-də Rusiya ilə 6 maddədən ibarət atəşkəs razılaşmasının imzalanmasından 1 gün sonra AİHM-ə müraciət edərək Rusiyanı Avropa İnsan Haqları Konvensiyasının 8 maddəsini pozmaqda ittiham edib. Bununla əlaqədar indiyədək məhkəməyə 700-dək dəlil təqdim edilib. Məhkəmənin böyük palatası 2018-ci ilin mayında işlə əlaqədar şifahi dinləmələri başa çatdırıb. AHİM-in bugünkü qərarı Gürcüstanın Rusiyaya qarşı qaldırdığı dövlətlərarası 3 müraciətindən ikincisi idi. 2014-cü ildə AİHM Rusiyada yaşayan gürcülərin 2006-cı ildə kütləvi şəkildə saxlanılması və qovulması ilə əlaqədar Gürcüstanın iddialarını təmin edib. Bunun ardınca məhkəmə 2019-cu ildə Rusiyanı vurulan zərərə görə 10 mln. dollar kompensasiya ödəməklə cəzalandırıb. Gürcüstanın AİHM-də Rusiyaya qarşı üçüncü dövlətlərarası müraciəti isə 2018-ci ildə Arçil Tatunaşvilinin Tsxinvalidə öldürülməsi ilə əlaqədar olub.
Gürcüstan Prezidenti Salome Zurabişvili Strasburq məhkəməsinin bugünkü qərarının Gürcüstan üçün tarixi önəm daşıdığını bəyan edib.
banner

Oxşar Xəbərlər