• cümə axşamı, 25 aprel, 17:17
  • Baku Bakı 23°C

Gürcüstanın Müdafiə naziri Marneuli rayonunda olub

24.03.20 15:45 1026
Gürcüstanın Müdafiə naziri Marneuli rayonunda olub
Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları, karantin zonası elan olunan Marneuli rayonuna səfər edib.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, nazir müdafiə qüvvələrinin Marneulidə qurduğu xüsusi nəzarət-buraxılış məntəqələrinə baş çəkib, vəziyyətlə tanış olub.
Qeyd edilib ki, müdafiə qüvvələrinin nümayəndələri polislə birgə Marneuli və Bolnisiyə giriş-çıxışlara ciddi nəzarət edirlər.
Bildirilib ki, nəzarət-buraxılış məntəqələrinin yaxınlığında xüsusi çadırlar qurulub, həkim heyəti tibbi yoxlamalar aparır. Bölgəyə nəzarət dronlar vasitəsilə də həyata keçirilir. Karantin zonasından çıxan avtomobillər dezinfeksiya edilirlər.
Xatırladaq ki, Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasının yüksək riski ilə əlaqədar azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında karantin elan olunub.
banner

Oxşar Xəbərlər