• cümə, 26 Aprel, 01:15
  • Baku Bakı 16°C

Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir

24.07.19 14:15 14869
Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir
Gürcüstan Milli Bankı milli valyutanın yeni kursunu müəyyən edib.
AZƏRTACxəbər verir ki, bankın müəyyən etdiyi məzənnəyə görə, iyulun 24-də 1 ABŞ dolları 2,8971 GEL-ə bərabər olub.
Lakin kommersiya banklarında gürcü larisi daha ucuzdur. Lari təkcə dollar qarşısında deyil, avro və digər ölkələrin milli valyutaları qarşısında da ucuzlaşıb. Ucuzlaşma ölkədə bəzi istehlak mallarının qiymətlərinin artmasına səbəb olub.
Ölkədə avtomobil yanacağının da qiyməti 5-7 tetri bahalaşıb.
banner

Oxşar Xəbərlər