• çərşənbə, 24 Aprel, 09:14
  • Baku Bakı 13°C

Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

23.07.18 13:04 244
Gürcüstanın işğal altındakı ərazilərinə qanunsuz səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
2015-2017-ci illərdəGürcüstanın işğal altında olan ərazilərinə qanunsuz daxil olan 46 şəxsə qarşı cinayət işi açılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə GürcüstanınDaxili İşlər Nazirliyiməlumat yayıb.
Həmin şəxslərin böyük əksəriyyətini əcnəbilər təşkil edir. Onların arasında 6 Azərbaycan vətəndaşı da var.
2015-2017-ci illərdə Gürcüstanın işğal altında olan ərazilərinə qanunsuz olaraq ən çox Rusiya (18 nəfər) və Ermənistan (7 nəfər) vətəndaşları səfər ediblər.Bu ilin yanvar-iyun aylarında isə Gürcüstanın işğal altında olan ərazilərinə daxil olma qaydalarını 8 əcnəbi pozub. Onların 4-ü Türkiyə, 2-si Azərbaycan, digər ikisi isə Rusiya vətəndaşıdır.
Qeyd edək ki, 2008-ci il avqust müharibəsindən sonra Gürcüstanda qəbul olunmuş "İşğal altında olan ərazilər haqqında” qanuna əsasən, xarici ölkələrin vətəndaşları mərkəzi hakimiyyətin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiya ərazisinə yalnız Zuqdidi (İnquri çayı) və Qori rayonlarından (Erqneti kəndi) keçməklə daxil ola bilərlər. Qanunu pozan şəxsləri cərimə və ya 2 ildən 4 ilədək həbs cəzası gözləyir.
banner

Oxşar Xəbərlər