• cümə, 29 Mart, 12:21
  • Baku Bakı 14°C

Gürcüstanın idxal etdiyi aviasiya neftinin 10,5%-i Azərbaycanın payına düşüb

09.09.17 13:45 1296
Gürcüstanın idxal etdiyi aviasiya neftinin 10,5%-i Azərbaycanın payına düşüb
Cari ilin avqust ayında Gürcüstan Azərbaycandan 1,1 ton aviasiya nefti idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, ötən ay qonşu ölkənin idxal etdiyi aviasiya neftinin 10,5%-i Azərbaycanın payına düşüb.

Avqust ayında Gürcüstan ümumilikdə 10,4 min ton aviasiya nefti idxal edib ki, bu da iyul ayı ilə müqayisədə 4,5 min ton azdır.

Gürcüstan qeyd olunan neft məhsulu Azərbaycanla yanaşı,ən çox Türkmənistan (7,5 ton) və Yunanıstandan (1,6 ton) alıb.
banner

Oxşar Xəbərlər