• cümə, 19 Aprel, 20:26
  • Baku Bakı 24°C

Gürcüstanın dini lideri və Rusiya Müftilər Şurasının sədrindən təbrik məktubu

17.04.18 15:13 809
Gürcüstanın dini lideri və Rusiya Müftilər Şurasının sədrindən təbrik məktubu
Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisinin arxiyepiskopu, Pitsunda və Suxumi–Abxaziya mitropoliti II İliyaİlham Əliyevi Azərbaycan prezidentiseçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu, ölkənizin xalqının Sizə yüksək etimadının və sevgisinin təzahürüdür. Sizə möhkəm cansağlığı, tükənməz güc, ölkənizə isə firavanlıq və rifah arzulayıram”.

İ. Əliyevi Azərbaycan prezidentiseçilməsi münasibəti ilə həmçinin Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya
Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdin təbrik edib: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin inamlı qələbəniz prezidentliyinizin əvvəlki dönəmlərində respublikada gedən sürətli inkişafı və əldə olunan uğurları qardaş Azərbaycan xalqının yüksək qiymətləndirdiyini göstərdi. Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasına sabit və davamlı inkişaf, iqtisadiyyat, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər, hər bir ailəyə firavanlıq və xoşbəxtlik arzu edirəm. Dualarımla arzu edirəm ki, dost ölkələrimiz və qardaş xalqlarımız arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənsin və ümumi firavanlığımız naminə yeni dəyərlərlə zənginləşsin. İcazə verin, Sizə Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına, respublikada müxtəlif dinlərin və etnosların nümayəndələri arasında etimad və qardaşlıq mühitinin inkişafına yönəlmiş bütün təşəbbüslərinizdə uğurlar, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənmiş xarici siyasət xəttinizin davamlı olmasını arzu edim. Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin”.

banner

Oxşar Xəbərlər