AZE | RUS | ENG |

Gürcüstanın dini lideri və Rusiya Müftilər Şurasının sədrindən təbrik məktubu

Gürcüstanın dini lideri və Rusiya Müftilər Şurasının sədrindən təbrik məktubu
Bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta və Tbilisinin arxiyepiskopu, Pitsunda və Suxumi–Abxaziya mitropoliti II İliya İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, təbrikdə deyilir:
 
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu, ölkənizin xalqının Sizə yüksək etimadının və sevgisinin təzahürüdür. Sizə möhkəm cansağlığı, tükənməz güc, ölkənizə isə firavanlıq və rifah arzulayıram”.

 
İ. Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə həmçinin Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya
Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdin təbrik edib: "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin inamlı qələbəniz prezidentliyinizin əvvəlki dönəmlərində respublikada gedən sürətli inkişafı və əldə olunan uğurları qardaş Azərbaycan xalqının yüksək qiymətləndirdiyini göstərdi. Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasına sabit və davamlı inkişaf, iqtisadiyyat, elm və mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər, hər bir ailəyə firavanlıq və xoşbəxtlik arzu edirəm. Dualarımla arzu edirəm ki, dost ölkələrimiz və qardaş xalqlarımız arasında qarşılıqlı münasibətlər daha da möhkəmlənsin və ümumi firavanlığımız naminə yeni dəyərlərlə zənginləşsin. İcazə verin, Sizə Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşmasına, respublikada müxtəlif dinlərin və etnosların nümayəndələri arasında etimad və qardaşlıq mühitinin inkişafına yönəlmiş bütün təşəbbüslərinizdə uğurlar, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmlənməsinə istiqamətlənmiş xarici siyasət xəttinizin davamlı olmasını arzu edim. Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000