• cümə axşamı, 28 mart, 19:27
  • Baku Bakı 13°C

Gürcüstanın bəzi şəhərlərində mer seçkilərinin ikinci turu başlayıb

12.11.17 11:22 747
Gürcüstanın bəzi şəhərlərində mer seçkilərinin ikinci turu başlayıb
Bu gün Gürcüstanın bəzi şəhərlərində yerli özünün idarəetmə orqanlarına seçkilərin ikinci turu başlayıb.
AZƏRTACxəbər verir ki, bu turda Kutaisi, Xaşuri, Kazbeqi, Borjomi, Ozurqeti və Martvili şəhərlərinin merləri seçiləcək.
Səsvermə səhər saat 8:00-da ölkə üzrə 6 majoritar seçki dairəsinin 317 məntəqəsində başlayıb. Bu məntəqələr üzrə qeydə alınmış 328 min 272 seçici qeydə alınıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası bəyan edib ki, səsvermə vaxtında başlayıb və həmin bölgələrdə heç bir problem yoxdur. Səsvermənin gedişini 18 149 yerli müşahidəçi, 654 beynəlxalq müşahidəçi, həmçinin kütləvi informasiya vasitələrinin 4688 nümayəndəsi izləyəcək. Səsvermə saat 20:00-da başa çatacaq.
Xatırladaq ki, Gürcüstanda yerli seçkilərin birinci turu oktyabrın 21-də keçirilmişdi. Birinci turda yuxarıda adları çəkilən şəhərlərdə mer postu uğrunda mübarizə aparan namizədlərin heç biri 50,1 faiz səs toplaya bilməmişdi.
banner

Oxşar Xəbərlər