• cümə axşamı, 25 aprel, 08:45
  • Baku Bakı 14°C

Gürcüstanın benzin və dizel yanacağı idxalının 23%-i Azərbaycanın payına düşüb

07.08.17 19:20 1857
Gürcüstanın benzin və dizel yanacağı idxalının 23%-i Azərbaycanın payına düşüb
2017-ci ilin iyul ayında Gürcüstana benzin və dizel yanacağının idxalı 119,4 min ton təşkil edib ki, bu da iyun ayının göstəricisindən 40,5 faiz çoxdur.
APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, ötən ay idxal olunmuş benzin və dizel yanacağının 23,7 faizi Azərbaycanın payına düşüb. Ötən ay qonşu ölkə Azərbaycandan 28,3 min ton benzin və dizel yanacağı alıb.
İyul ayında Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi ölkələrin siyahısına Rumıniya (34,9 min ton) başçılıq edir. Gürcüstan həmçinin Türkmənistan (19,2 min ton), Bolqarıstan (19,0 min ton), Rusiya (10,8 min ton), Yunanıstan (5,3 min ton) və Ukraynadan (1,9 min ton) da sözügedən neft məhsullarını idxal edib.
banner

Oxşar Xəbərlər