• cümə, 19 Aprel, 22:27
  • Baku Bakı 24°C

Gürcüstanın baş naziri: “Regionda böyük inkişaf tendensiyası var”

11.10.17 13:20 1304
Gürcüstanın baş naziri: “Regionda böyük inkişaf tendensiyası var”
"Bu gün yalnız Gürcüstanda deyil, regionda da böyük inkişaf tendensiyası var”.APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. Baş nazirin sözlərinə görə, Gürcüstanda iqtisadi artım ölkənin Ukrayna hadisələrinə görə regionda yaranmış böhrandan uğurla çıxdığını göstərir.
"İlin sonuna Gürcüstanda iqtisadi artım planlaşdırıldığından daha yüksək olacaq. Beynəlxalq Valyuta Fondu Gürcüstanda iqtisadi artım proqnozunu 4,3%-ə qədər yaxşılaşdırıb, lakin biz ilin sonuna daha böyük artım tempini gözləyirik”, - deyə G.Kvirikaşvili söyləyib.
Qeyd edək ki, 2017-ci ilin ikinci rübündə Gürcüstanda iqtisadi artım 4,7% təşkil edib. Hökumət bu il üçün 4% iqtisadi artım planlaşdırıb. 2016-cı ildə qonşu ölkədə real iqtisadi artım 2,2% təşkil edib.
banner

Oxşar Xəbərlər