• şənbə, 20 Aprel, 03:00
  • Baku Bakı 15°C

Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib

21.04.18 16:40 813
Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib
Gürcüstanın baş naziri Giorgi KvirikaşviliNovruz Məmmədovu Azərbaycanın baş nəziri təyin olunması münasibətilə təbrik edib.

APA-nın yerli bürosunun məlumatına görə, G. Kvirikaşvili özünün "Twitter” səhifəsində N. Məmmədova xoş arzularını çatdırıb.

"Azərbaycanın yeni təyin olunmuş baş naziriNovruz Məmmədovu ən xoş arzularımla təbrik edirəm. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və gücləndirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm”, - deyə təbrik müraciətində bildirilib.
banner

Oxşar Xəbərlər