• şənbə, 20 Aprel, 14:58
  • Baku Bakı 23°C

Gürcüstanın Azərbaycana borcu azalıb

12.03.18 17:57 625
Gürcüstanın Azərbaycana borcu azalıb
Bu ilin fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8,495 mln. dollar təşkil edir.

APA-nın yerli bürosunun GürcüstanMaliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, yanvar ayı ilə müqayisədə 0,36 mln. dollar azdır.

Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 303,121 mln. dollar təşkil edir ki, bu məbləğin 5 mlrd. 216,368 mln. dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (294,771 mln. dollar), Yaponiya (220,677 mln. dollar) və Fransadır (214,954 mln. dollar).

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana olan borcu yanvar ayı ilə müqayisədə azalaraq müvafiq olaraq 16,281 mln., 68,159 mln. və 9,710 mln. dollar təşkil edir.
banner

Oxşar Xəbərlər