AZE | RUS | ENG |

Gürcüstandan Azərbaycana səfər edənlərin sayı azalıb

Gürcüstandan Azərbaycana səfər edənlərin sayı azalıb
Ötən ay Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı 52 753nəfər təşkil edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvar ayı ilə müqayisədə Azərbaycana səfər edən qonşu ölkə vətəndaşlarının sayında 3 709 nəfər azalma qeydə alınıb. Azalmaya baxmayaraq, Azərbaycan Gürcüstan vətəndaşlarının ötən ay Türkiyədən sonra ən çox səfər etdiyi ikinci ölkə olub.
Hesabat dövründə Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı 127 713 nəfər təşkil edib. Onların 36-na ölkəyə girişə icazə verilməyib.
Fevral ayında Gürcüstan vətəndaşlarının ən çox üz tutduğu ölkələrin ilk üçlüyünə Türkiyə və Azərbaycanla yanaşı Ermənistan da yer alıb. Ötən ay bu ölkəyə səfər edənlərin sayı 23 751 nəfər təşkil edib.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779