• cümə, 29 Mart, 14:16
  • Baku Bakı 14°C

Gürcüstanda yanacağın qiymətinin artım səbəbləri açıqlanıb

24.07.19 16:00 15519
Gürcüstanda yanacağın qiymətinin artım səbəbləri açıqlanıb
Gürcüstanda avtomobil yanacağının qiymətinin artımı bir neçə amillə bağlıdır. Yanacağın qiymətinin bir az da artacağı isə istisna edilmir.
AZƏRTACxəbər verir ki, bu sözləri "Wissol Group” şirkətinin təsisçisi Soso Pxakadze deyib.
Onun sözlərinə görə, son günlər Gürcüstanda yanacağın qiymətinin bahalaşmasının əsas səbəblərindən biri dünya bazarlarındakı qiymət artımıdır. Digər başlıca səbəb isə Gürcüstan milli valyutası larinin (GEL) dəyərinin düşməsidir.
S.Pxakadze deyib: "Biz dünya bazarından dollarla aldığımız yanacağı Gürcüstanda milli valyuta isə satırıq. GEL-in dollar qarşısında ucuzlaşması müəyyən problemlər yaradır. Larinin ucuzlaşması nəticəsində biz də yanacağın qiymətini artırmağa məcbur oluruq. Yalnız bu yolla itkiləri sıfıra endirə və yeni yanacaq ala bilərik”.
Neft mütəxəssisləri və Gürcüstanın iqtisadçı ekspertləri yaxın günlərdə ölkədə yanacağın və gündəlik tələbat mallarının qiymətinin yenidən artacağını istisna etmirlər.
Məlumat üçün qeyd edək ki, Gürcüstan Milli Bankının müəyyən etdiyi kursa əsasən ölkədə 1 ABŞ dolları 2,8971 GEL-ə dəyişdirilir. Gürcüstanın kommersiya banklarında isə mənzərə tamam başqadır. "Gürcüstan Bankı”nda 1 dollar 2,955 lariyə, 1 avro 3,316 lariyə, "TBC bank”da isə 1 dollar 2,945 lariyə, 1 avro isə 3,29 lariyə dəyişdirilir.
İqtisadçıların fikrincə, Gürcüstan milli valyutasının ucuzlaşması və qiymət artımı davam edəcək.
banner

Oxşar Xəbərlər