• cümə, 19 Aprel, 02:29
  • Baku Bakı 18°C

Gürcüstanda QİÇS-ə yoluxma halları artır

08.11.18 11:00 456
Gürcüstanda QİÇS-ə yoluxma halları artır
Gürcüstanda QİÇS-ə yoluxma halları artır.
AZƏRTACGürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Klinik İmmunologiya üzrə Elmi-Praktiki Mərkəzinə istinadla xəbər verir ki, ilin əvvəlindən noyabradək ölkədə QİÇS-ə yoluxanların sayı 570 nəfər artıb.
Ümumiyyətlə, cari ilin yanvarından noyabradək ölkədə 7332 QİÇS-ə yoluxma halı qeydə alınıb. Xəstəliyə yoluxanlar arasında kişilər üstünlük təşkil edirlər - 5486 nəfər. Onlardan 1846-sı isə qadındır. Bu virusa yoluxanların böyük əksəriyyəti 29-40 yaşlarındadır. QİÇS 3816 xəstədə inkişaf edib, 1495 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.
QİÇS-ə yoluxan şəxslərin 2587-si Tbilisidə yaşayır. İnfeksiyanın daşıyıcılarının 87-si əcnəbi vətəndaşlardır.
Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb.
banner

Oxşar Xəbərlər