• çərşənbə, 17 Aprel, 03:39
  • Baku Bakı 14°C

Gürcüstanda QİÇS-ə yoluxma halları artıb

13.11.19 14:03 564
Gürcüstanda QİÇS-ə yoluxma halları artıb
Gürcüstanda QİÇS-ə yoluxma halları artıb. Təkcə bu il bu xəstəliyə yoluxma ilə bağlı 570 yeni hal qeydə alınıb.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzinin məlumatında bildirilir.
Məlumatda deyilir ki, cari ilin noyabrın 10-dək ölkədə bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib. Onların da 43-ü uşaqdır.
QİÇS-ə yoluxanların 6006-sı kişi, 1998-si isə qadındır. Onların da böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir.
Bildirilir ki, QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə dünyasını dəyişib.
HİV infeksiyasına yoluxma ən çox Tbilisidə qeydə alınıb - 2956 fakt. Onlardan 87-si xarici ölkə vətəndaşıdır.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb.
banner

Oxşar Xəbərlər