Gürcüstanda narkotikə icazə verildi

Gürcüstanda narkotikə icazə verildi

Təfsilat
11 Dekabr 2012, 15:02 1385
Gürcüstanda narkotik maddələrdən istifadə, o cümlədən narkotik maddələrin kiçik dozada hazırlanması, əldə edilməsi və saxlanılmasına görə, cinayət məsuliyyəti ləğv olunur.

Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim olunub.

Layihəni, hakim “Gürcü arzusu” blokundan olan deputat Kabe Davitaşvili hazırlayıb. Parlament azlığı hesab edir ki, məhz hakimiyyət qanunvericiliyin liberallaşdırılmasına cəhd edir. Millət vəkili Levan Bejaşvili bildirib ki, bununla bağlı cəmiyyətdə konsensusa nail olmaq lazımdır.