• cümə, 29 Mart, 13:00
  • Baku Bakı 14°C

Gürcüstanda ikinci “Qızılgül inqilabı” olacaq?

12.11.18 21:13 915
Gürcüstanda ikinci  “Qızılgül inqilabı” olacaq?
Gürcüstanda dekabrın 2-də keçiriləcək prezident seçkilərinin ikinci tutu ərəfəsində siyasi gərginlik küçə və meydanlara çıxır. Artıq dünəndən etibarən etiraz aksiyalarının iştirakçıları Mixail Saakaşvilinin prezident olarkən "lənətlənmiş yer” kimi adlandırdığı parlamentin qarşısında çadır düşərgələri salıblar. Gürcülərin son 30 illik tarixinin ən dramatik hadisələrinin yaşandığı yerdə, aksiya iştirakçıları bildiriblər ki, hakimiyyət indiyə qədər bir problemin öhdəsindən belə gəlməyib və bu səbəbdən də getməlidir. Keçmiş iqtidar partiyasının liderlərindən biri Zaal Udumaşvili bəyan edib ki, parlament qarşısında baş verənlər "Gürcü Arzusu”nun sonunun başlanğıcı olacaq. Daxili İşlər naziri Georgi Qaxariya bildirib ki, güc strukturları gərginliyin artmaması üçün aksiya iştirakçılarına qarşı güc tətbiq etməyə qərar verməyiblər. "Gürcü Arzusu” Partiyasının lideri Bidzina İvanişvili bu yaxınlarda xəbərdar edib ki, aksiya iştirakçıları bu yeri Saakaşvili üçün hazırlayırlar. Məhz Saakaşvili bu etiraz aksiyasının keçirilməsinin təşəbbüskarı qismində çıxış edib. "Kommersant” yazır ki, sabiq dövlət başçısı prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması adı altında ölkədə yeni inqilab həyata keçirməyə hazırlaşır. Parlament qarşısında keçirilən aksiyanın əsas təşəbbüskarı Zaza Saralidze olub. Bu şəxs, ötən ilin dekabrında Tbilisi küçəsində kütləvi davada yeniyetmələr tərəfindən vəhşicəsinə qətlə yetirilən Datuna Saralidzenin atasıdır. "Uşaqları öldürənlərin ataları” hərəkatına gürcü mənşəli çeçen Malxaz Maçalikaşvili də qoşulub. Onun da oğlu 17 yaşl Tamerlan Maçalikaşvili ötən ilin dekabrında gürcü xüsusi təyinatlıları tərəfindən qətlə yetirilib. "Uşaqları öldürənlərin ataları” hərəkatı əmindir ki, hakimiyyət cinayətkarları gizlədir, ölüm hallarını ört-basdır edir və günahkarları, o cümlədən yüksək rütbəli məmurları cəzalandırmaq istəmir. Bundan əvvəl Zaza Saralidze və Malxaz Maçalikaşvili bir neçə dəfə Rustaveli prospektində, parlament qarşısında çadırlar quraşdırmağa cəhd göstəriblər. Lakin hər dəfə də cəhdləri nəticəsiz başa çatıb. Yalnız bazar günü onların aksiyasına qeyri-hökumət təşkilatları, eləcə də, Mixail Saakaşvilinin "Vahid Gürcü Hərəkatı”nın liderləri qoşulduqdan sonra cəhdləri alınıb. Polislə ciddi qarşıdurmadan sonra aksiya iştirakçıları parlament pilləkənləri üzərində 17 çadır quraşdırmağa müvəffəq olublar. Çadıq quraşdıran zaman Zaza Saralidze və onun anası ciddi zədə alıblar və xəstəxanaya çatdırılıblar. Çox keçmədən isə yenidən ora dönüblər. Həmin vaxt polis orada çadırları uçurmağa cəhd edib. Gürcüstan DİN rəhbəri bildirib ki, onlar gərginlik yaranmaması üçün bu addımı atıblar. İvanişviliyə gəldikdə, o Zaza Saralidzeni parlament qarşısında Saakaşvili üçün sığınacaq düzəltməkdə ittiham edib. Aksiyanın keçirildiyi yer Gürcüstanda xüsusi bir yerdir. Məhz burada 1989-cu il aprelin 9-da dinc sakinlərlə sovet qoşunları arasında yaşanan qarşıdurmada 21 nəfər öldürülmüşdü. Daha sonra bu meydan 1992-ci il yanvarında eks-prezident Zviad Qamsaxurdiyanın devrilməsinə gətirib çıxaracaq toqquşmalara, 2007-ci ilin noyabrın 7-də xüsusi təyinatlılarla polis arasında qanlı insidentə, 2010-cu il dörd nəfərin ölümü ilə nəticələn qanlı hadisələrə şahidlik edib. Məhz o zaman Saakaşvili buranı "lənətlənmiş yer” adlandırmışdı. Halbuki özü 2003-cü ildə "qızılgül inqilabı” ilə məhz buradan hakimiyyətə gəlib. Görünən odur ki, eks-prezident istisna etmir ki, məhz buradan "ikinci qızıl gül inqilabı”nı başlaya bilər. "Vahid Milli Hərəkat”dan olan namizəd Qriqol Vaşadze və "Gürcü arzusu”nun dəstək verdiyi Salome Zurabişvili birinci turda demək olar ki, eyni səs toplayıblar. Lakin digər müxalifət namizədlər ikinci turda Vaşadzeyə səs verəcəklərini bildiriblər. Bu isə 12-13 faiz səs deməkdir. Qızğın təbliğat kampaniyası aparan Mixail Saakaşvili isə xəbərdarlıq edib ki, əgər gürcü mənşəli rusiyalı oliqarx İvanişvili ikinci turun nəticələrinin saxtalaşdırmağa cəhd göstərərsə, xalq 2003-cü ildə olduğu kimi, bu dəfə də öz seçimini qoruyacaq. Müxalifətin planlarının ciddi olduğunu sübut edən çoxlu faktlar da var. Məsələn, əvvəlki hakimiyyət dövründə Müdafiə Nazirliyində çalışan istefada olan generalların açıqlaması da bunu təsdiq edirlər. 2008-ci ilin avqustunda yaşanan müharibədə artilleriyaya rəhbərlik edən Müdafiə Nazirliyi baş qərargahının keçmiş rəhbəri Devi Çankotadze bildirib ki, vətən uğrunda qanlarını verən hərbçilər Salome Zurabişvilinin prezident seçilməsinə imkan verməyəcəklər. Xatırladaq ki, Zurabişvili 2008-ci il müharibəsinə görə, ölkəsini günahlandırırdı.
O ki qaldı Zurabişviliyə - Gürcüstanın hakim "Gürcü Arzusu” Partiyasınındəstəklədiyi prezidentliyə müstəqil namizəd özünün vəövladlarının hədə-qorxu mesajları aldığını bildirib.O. bunu keçirdiyibrifinqdə bildirib. S.Zurabişvili son günlər özünə və övladları Teymuraz və Ketevana ölüm hədələriolan qısa ismarıc və səsli mesajlar göndərildiyini deyib:"Mesajlarda "Biz başlarınızı güllələyərik, qanınızı içərik” kimi senzuradankənarsözlərdən istifadə olunmaqla, həyatımıza təhlükənin olduğu aydın şəkildə bildirilib.Təhlükə realdır, çünki mesajların müəllifləri müəyyən olunub. Onlar "Vahid MilliHərəkat Partiyası” ilə əlaqəli olan keçmiş hərbçilərdir”. Prezidentliyə namizəd, GürcüstanDaxili İşlər Nazirliyini bu hədələrə dərhal reaksiya verməyə çağırıb.
Beləliklə, hadisələrin belə ssenari ilə inkişafı nələrə gətirib çıxara bilər? İlk növbədə 2009-cu ilin yazında baş verən hadisələr təkrarlana bilər. O zaman Saakaşvili əleyhinə çıxanlar indi süngünü İvanişviliyə qarşı döndəriblər. Yəni barışmaz düşmənlər indi yerlərinin dəyişiblər. Gürcü ekspertləri, məsələn Petre Mamradze hesab edir ki, hər şey gürcü rəhbərliyinin özünü çadırlarla bağlı necə aparmasından asılı olacaq. "Mən o zaman Saakaşviliyə dedim ki, çadırları dağıtma, əks təqdirdə parlayış ola bilər. Əgər indiki hakimiyyət çadırlara əl dəyməsə, səbir nümayiş etdirsə, vəziyyət gərgin olmayacaq”, - deyə o xatırladıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər