• cümə axşamı, 25 aprel, 11:00
  • Baku Bakı 14°C

Gürcüstanda “Gürcüstan-NATO” 2016 komanda-qərargah təlimi keçiriləcək

06.11.16 15:28 696
Gürcüstanda “Gürcüstan-NATO” 2016 komanda-qərargah təlimi keçiriləcək
Gürcüstan Müdafiə Nazirliyi 10 noyabr - 20 noyabr tarixlərində Krtsanisidə (Tbilisi ətrafında) "Gürcüstan-NATO” 2016 komanda-qərargah təlimi keçiriləcəyi barədə məlumat yayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təlimdə Gürcüstan Silahlı Qüvvələrinin zabitləri ilə bərabərNATOüzvü olan 11 ölkənin (Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Sloveniya, Rumıniya, Türkiyə və ABŞ), o cümlədən Alyansın tərəfdaşı olan Makedoniya və Ukraynanın zabitləri iştirak edəcəklər. Təlimi Beynəlxalq Qırmızı Xaç Komitəsi,BMT-nin Qaçqın işləri üzrə Ali Komissarlığının və "Save The Children” Beynəlxalq Xeyriyyə Təşkilatının təmsilçiləri də müşahidə edəcəklər. Təlimdə iştirak edəcək ölkələrin hərbçilərinin sayı açıqlanmır.

"Gürcüstan-NATO” 2016 komanda-qərargah təliminin keçirilməsi barədə qərar Alyansın 2014-cü ildə keçirilən Uels sammitində qəbul edilib. Krtsanisidə Gürcüstan Müdafiə Nazirliyinin təlim mərkəzinin ərazisinəNATOtəlim və qiymətləndirmə mərkəzi 2015-ci ilin avqustunda yaradılıb.
banner

Oxşar Xəbərlər