• şənbə, 20 Aprel, 14:29
  • Baku Bakı 23°C

Gürcüstanda çörək 11% bahalaşıb

04.11.19 14:36 1105
Gürcüstanda çörək 11% bahalaşıb
2019-cu ilin oktyabr ayında Gürcüstanda inflyasiya 6.9% təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında məlumat verilib. Bildirilib ki, inflyasiya dərəcəsiilə əlaqədar olaraqbu ölkədə orta hesabla 4.7% bahalaşma qeydə alınıb.
Bahalaşma daha çox qida məhsulları və alkoqolsuz içkilərdə özünü göstərib. Bu qrup üzrə qiymət artımıümumilikdə 13.5% təşkil edib. Hesabat dövrü ərzində Gürcüstanda meyvə 26.9%, süd məhsulları və yumurta 16%, balıq 15.8%,ət 14.7%, şəkər, bal, şokolad və şirniyyat qiymətləri 13.7%, tərəvəz 12.4 faiz, çörək 11% bahalaşıb.
Tütün və alkoqollu içkilərin qiymətində isə 13% artım qeydə alınıb.

banner

Oxşar Xəbərlər