• cümə, 29 Mart, 10:40
  • Baku Bakı 5°C

Gürcüstanda cari tədris ilində 12 mindən çox şagird təhsildən yayınıb

03.12.19 12:45 394
Gürcüstanda cari tədris ilində 12 mindən çox şagird təhsildən yayınıb
Gürcüstanda 2018-2019-cu tədris ilində 12 min 49 şagird təhsilini yarımçıq qoyaraq məktəbdən uzaqlaşıb.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.
Bildirilib ki, dərs ilinin əvvəlində Gürcüstanda 2313 orta təhsil müəssisəsi olub ki, onların 2086-sı dövlət, 227-si isə özəl məktəblərdir.
Məktəblərdə təhsil alan şagirdlərin sayı 592 min 900 nəfər təşkil edib.
Şagirdlərin 89,4 faizi dövlət, 10,6 faizi isə özəl məktəblərin payına düşüb. Onların da 47,9 faizini qızlar, 52,1 faizini isə oğlanlar təşkil edib.
Orta təhsil müəssisələrini tərk edən şagirdlərin 40,7 faizi qızlar, 59,3 faizi isə oğlanlar olub.
banner

Oxşar Xəbərlər