• çərşənbə, 24 Aprel, 22:51
  • Baku Bakı 23°C

Gürcüstanda azərbaycanlı məmurun kabinetinə basqın etdilər

31.07.13 11:27 1240
Gürcüstanda azərbaycanlı məmurun kabinetinə basqın etdilər
APA-nın məlumatına görə, bu gün səhər saatlarında 30-a yaxın şəxs İH başçısının müavini Xaləddin İsmayılovun kabinetinə daxil olaraq otağı dağıdıb, onun, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr səsləndiriblər. X. İsmayılov APA-ya açıqlamasında hücum edənlərin hamısının gürcü olduğunu bildirib.
Onun sözlərinə görə, həmin şəxslər onun Gürcüstanın yeni hökuməti ilə çalışmasına etirazlarını bildirib, bu vəzifədən getməsini tələb ediblər.
Vəzifəyə yeni hökumətin vaxtında təyin olunan X. İsmayılov faktla bağlı rayon Prokurorluğuna müraciət etdiyini deyib. O, bu gün Gürcüstanın baş naziri Bdzina İvanişvilinin qəbuluna gedib, onu məlumatlandıracağını da açıqlayıb.
banner

Oxşar Xəbərlər