Gürcüstanda Azərbaycan bayrağı günü qeyd edilib
Gürcüstanda Azərbaycan bayrağı günü qeyd edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis Açıq Dövlət Universitetində keçirilən tədbirdə azərbaycanlı və gürcü tələbələr, müəllimlər iştirak ediblər.
Universitetin dekanı Meki Lobjanidze bu əlamətdar gün münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Tiflis Açıq Dövlət Universitetinin III kurs tələbəsi Səbinə Novruzzadə isə Azərbaycan bayrağının tarixi, atributları və himni, milli-mənəvi dəyərlərimiz haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə həmçinin Gürcüstan Aktiv Azərbaycan Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva, Gürcüstanda nəşr olunan "Təhsil” qəzetinin redaktoru Abay Paşayev, Tiflis Açıq Dövlət Universitetinin "Azərbaycan proqram”ının rəhbəri İlham Mehdiyev, İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetindəki "Azərbaycan "Dostlar Klubu”nun rəhbəri Leyla Əmrahova və digərləri çıxış ediblər.