AZE | RUS | ENG |

Gürcüstana külli miqdarda həşiş keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana külli miqdarda həşiş keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
Gürcüstana külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
 
APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi məlumata əsasən, Gürcüstan-Türkiyə sərhədində Vale sərhəd-keçid məntəqəsi ərazisində saxlanılmış Azərbaycan vətəndaşının üzərində axtarış zamanı 1 kiloqram 500 qram çəkidə həşiş aşkar olunub.
 
Onu 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
 
DİN-nin məlumatına əsasən, yanvarın 1-dən may ayının 10-na qədər həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 9 kiloqram heroin, 1 kiloqram 200 qram kokain, tərkibində buprenorfin olan 5 000 həb və digər narkotik tərkibli vasitələr müsadirə olunub.
 
Qeyd edək ki, mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən "Kartsaxi” sərhəd-keçid məntəqəsində Gürcüstana 1400 ədəd "suboksin” həbi keçirməyə cəhd etmiş 2 Azərbaycan vətəndaşı saxlanılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN